Azərbaycanda keçiriləcək növbəti Beynəlxalq Müdafiə Sərgisinin tarixi AÇIQLANDI

Siyasət

Azərbaycanda keçiriləcək növbəti Beynəlxalq Müdafiə Sərgisinin (ADEX) tarixi məlum olub.

“resmixeber.az”un xəbərinə görə, sayca 5-ci müasir silah və texnika sərgisi 2024-cü il sentyabrın 24-26-da Bakı Ekspo Mərkəzində baş tutacaq.

Sərgidə 20-dən çox ölkənin silah və texnikalarının nümayişi nəzərdə tutulub.

Qeyd edək ki, ötən il keçirilən 4-cü beynəlxalq sərgidə Türkiyə, Rusiya, Belarus, Hindistan, Almaniya, İspaniya, Bolqarıstan, İsrail, İsveç, Belçika, Pakistan, Fransa, Qazaxıstan, İran, Ukrayna, Finlandiya, İordaniya, Kipr, Çin, ABŞ, İtaliya, Sinqapur şirkətləri iştirak edib.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir