“Salyan kazarması”nın ərazisindəki “zibil poliqonu” təmizlənir – FOTO

Cəmiyyət

“Yasamal rayonu Şəfayət Mehdiyev küçəsi, “Salyan kazarması” deyilən ərazidəki “zibil poliqonu” təmizlənir”.

Bu barədə resmixeber.az-ın sorğusuna cavab olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib. 

Onun sözlərinə görə, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinə tullantıların atılaraq qalaqlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb:

“Sözügedən ünvana keçirilən baxış zamanı artıq ərazinin aidiyyəti qurumların əməkdaşları  tərəfindən tullantılardan təmizlənməsi işlərinə başlanıldığı müəyyən edilib”.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Şəfayət Mehdiyev küçəsi, “Salyan kazarması” deyilən ərazinin “zibil poliqonu”na çevrilməsi, hər gün səhər saat 05 radələrində naməlum şəxslərin müxtəlif tullantıları oraya daşımaları barədə məlumat yayılmışdı.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir