“Ən-Nəsr” və “Əl-Hilal” klublarının oyunçularından ibarət komanda ilə “Pari Sen-Jermen” arasında keçiriləcək futbol matçına bilet Ər-Riyadda keçirilən hərracda 2,6 milyon dollara satılıb.
Biletin alıcısının Səudiyyə Ərəbistanının daşınmaz əmlak maqnatı Müşref əl-Həmdi olduğu bildirilir.
Biletə bir neçə imtiyaz daxildir ki, onlardan biri də soyunub-geyinmə otağında futbolçularla şəkil çəkdirmək imkanıdır.
Bazar gününə planlaşdırılan qarşılaşmada “Qızıl top”un bir neçə dəfə qalibi, argentinalı Lionel Messi (PSJ) və dekabrın 31-də “Ən-Nəsr”ə qoşulan portuqaliyalı Kriştianu Ronaldu iştirak edəcəklər. Oyun Ər-Riyaddakı Kral Fəhd Stadionunda baş tutacaq.
Mənbə: TASS
www.RESMIXEBER.az