Bu il Ukraynada həlak olan və itkin düşən azərbaycanlıların sayı AÇIQLANDI – VİDEO

Cəmiyyət

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Donetsk və Baxmut istiqamətində ağır döyüşlər davam edir.  

“Rusiya ordusu separatçılarla birlikdə nə qədər cəhd etsə də, Soledarı ələ keçirə bilmir”, – deyə jurnalist əlavə edib.

Qeyd edilib ki, Dneprdə raket hücumuna məruz qalan yaşayış kompleksinin dağıntıları altından hələ də həlak olan insanların meyitləri tapılır.

M.Aslanov 2023-cü ildə itkin düşən və həlak olan azərbaycanlılarla bağlı da məlumat verib:

“Donetsk və Xerson vilayətlərində yanvar ayı ərzində 4 azərbaycanlı itkin düşüb, 6 nəfər isə həlak olub. Ümumilikdə isə müharibə müddətində həlak olan həmyerlilərimizin sayı 35, itkin düşənlərin sayı isə 65-dir”.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir