Azad edilmiş ərazilərdə tikintilərdə “Kromatix SA” şirkətinin texnologiyalarından istifadə olunacaq

Siyasət

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bina və tikintilərdə “Kromatix SA” texnologiyalarından istifadə olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Davosda “Kromatix SA” şirkətinin baş icraçı direktoru Rafik Hanbali ilə görüşündə müzakirə aparılıb.

Qeyd olunub ki, “Kromatix SA” şirkəti xüsusi texnologiya və örtüklər vasitəsilə bina fasadlarının şüşə hissələrinin günəş panelləri kimi istifadəsinə imkan verən texnologiyalar istehsal edir.

Görüşdə Azərbaycanda dayanıqlı enerji təchizatına önəm verilməsi, xüsusilə işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonası elan olunması nəzərə alınaraq, ölkəmizdə həmin texnologiyaların bina və tikintilərdə də istifadəsinə dair fikir mübadiləsi aparılıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir