Kiyevdə helikopter uşaq bağçasının üzərinə düşdü, nazir və müavini də ölənlər arasında – YENİLƏNİB+FOTO/VİDEO

Dünya

Polisdən verilən məlumata görə, Brovarıda qəzaya uğrayan helikopter Dövlət Fövqəladə Hallar Xidmətinə məxsus olub.

Ukrayna Milli Polisinin rəhbəri İqor Klimenkonun sözlərinə görə, qəza nəticəsində Daxili İşlər Nazirliyinin rəhbərliyi – nazir Denis Monastırski, nazirin birinci müavini Yevgeni Yenin və dövlət katibi Yuri Lubkovı – həlak olub.

“Ümumilikdə 16 nəfərin öldüyü məlumdur, onlardan ikisi uşaqdır. Helikopterin göyərtəsində doqquz nəfər olub”, – deyə Klimenko bildirib.

O əlavə edib ki, 22 yaralı xəstəxanadadır, onlardan 10-u uşaqdır.

Qəza yerinə baxış davam edir.

12:20

Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində yerləşən uşaq bağçasının üzərinə böyük obyekt düşüb.

Yerli sakinlər bunun böyük pilotsuz təyyarə və ya helikopter olduğunu iddia edirlər.

Bildirilir ki, güclü partlayış olub. Sonra şiddətli yanğın başlayıb. Fövqəladə Hallar Xidmətinin əməkdaşları hadisə yerindədirlər.

Kiyev Vilayət Administrasiyasının rəhbəri Aleksey Kuleba Brovarıda helikopterin qəzaya uğradığını təsdiqləyib.

Kulebanın sözlərinə görə, helikopter uşaq bağçası və yaşayış binasının üzərinə düşüb. Bağçanın binasında uşaqlar və müəssisənin işçiləri olublar. Hamı təxliyə edilsə də, xəsarət alanlar var.

Kiyev vilayətinin polis nümayəndəsi İrina Pryanişnikovanın sözlərinə görə, beş nəfər yaralanıb.

Polisdən verilən məlumata görə, bir nəfər ölüb, uşaqlar arasında xəsarət alan yoxdur. 

Mənbə: UNİAN 

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir