Dövlət Neft Fondu (ARDNF) ötən il Türkiyə Mərkəzi Bankında yerləşdirdiyi bir milyard avro depozitin müddətini daha beş ay uzadıb.
Bu barədə “resmixeber.az”un sorğusuna cavab olaraq fonddan bildirilib.
“ARDNF-nin investisiya strategiyası və Qaydaları çərçivəsində depozitin müddətinin sabit gəlirli qiymətli kağızlar bazarının yaxın gələcək üçün mümkün perspektivi də nəzərə alınaraq daha beş ay müddətinə uzadılmasına qərar verilib”, – deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, sözügedən depozit ötən ilin yanvar ayında altı ay müddətinə yerləşdirilmişdi, iyulda isə onun müddəti ilin sonuna qədər (beş ay) uzadılmışdı.
www.RESMIXEBER.az