Bakıda kafe işçisi müştəri tərəfindən bıçaqlandı

Cəmiyyət

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

resmixeber.az xəbər verir ki, hadisə 3-cü mikrorayon dairəsində yerləşən iaşə obyektində qeydə alınıb.

Belə ki, 1996-ci il təvəllüdlü Vahidov Elşən Zəfər oğlu işlədiyi kafedə müştəri ilə mübahisə edərkən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir