ABŞ hökuməti Konqresə Türkiyəyə F-16-ların satışına dair sorğu göndərib

Dünya

ABŞ administrasiyası Türkiyəyə F-16 qırıcı-bombardmançı təyyarələrinin satışı ilə bağlı Konqresə sorğu göndərib.

Bunu çərşənbə axşamı Pentaqonun sözçüsü Patrik Rayder keçirdiyi müntəzəm mətbuat brifinqində təsdiqləyib. ABŞ ordusunun sözçüsü Vaşinqtonun Ankaraya F-16-ların tədarükü ilə bağlı sualı cavablandırarkən deyib:

“Məsələnin Konqres tərəfindən nəzərdən keçirildiyini diqqətə alaraq, bu işin hazırkı vəziyyəti barədə danışmaq hüququnu Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə verərdim. Əlbəttə, ABŞ-Türkiyə ikitərəfli münasibətlərinə gəlincə, biz həmişə Türkiyənin vacib tərəfdaş və müttəfiq olduğunu demişik. Bu əlaqələri necə gücləndirə biləcəyimiz, müdafiəni necə təmin edə biləcəyimiz mövzusunda Türkiyə liderləri ilə işləməyə davam edəcəyik”, – deyə Rayder bildirib.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir