Bir sıra erməni KİV-i Avropa İttifaqının Ermənistana iki ay yox, iki il müddətinə yeni müşahidə missiyası göndərmək niyyətində olduğu barədə məlumat yayıb.
Bu barədə Baku TV-nin növbəti analitik süjetində deyilir.
“Ermənistanda 200-ə qədər avropalı mütəxəssisin göndəriləcəyi bildirilir. Hələlik rəsmi təsdiq yoxdur, lakin belə bir hadisənin baş vermə ehtimalı ilə bağlı şərh almaq üçün politoloq, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenkoya müraciət etdik.
Onun sözlərinə görə, Avropa İttifaqının Ermənistana bir neçə il orada çalışacaq yeni müşahidə missiyası göndərmək qərarı yalnız mənfi tərəfdən qiymətləndirilməlidir. İ.Korotçenko vurğulayıb ki, bu missiya heç kimə yaxşı heç nə gətirməyəcək”, – videomaterialda bildirilir.
Daha ətraflı Baku TV-nin süjetində:
www.RESMIXEBER.az