AK: “Sanksiyalar Rusiya iqtisadiyyatını onilliklər ərzində resessiyaya sürükləyəcək”

Dünya

Avropa Komissiyası (AK) ümid edir ki, Avropa İttifaqının sanksiyaları “Rusiya iqtisadiyyatını onilliklər ərzində resessiyaya sürükləyəcək”. Bunu AK-nın rəhbəri Ursula fon der Lyayen Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.

“Biz Rusiya iqtisadiyyatını onilliklər ərzində tənəzzülə sürükləyən ən güclü sanksiyaları tətbiq edirik və onun sənayesi müasir və kritik texnologiyalardan məhrum olacaq”, – deyə o bildirib.

AK rəhbəri bir daha vurğulayıb ki, Brüssel Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyaya qarşı sanksiyaları davam etdirəcək və lazım olan müddətdə Kiyevi dəstəkləyəcək.

Avropa İttifaqı 2022-ci ilin fevralından Rusiyaya qarşı doqquz iqtisadi və fərdi sanksiyalar paketi tətbiq edib.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir