Qız qalasının qarşısındakı körpü təmirə bağlanıb – FOTO

Cəmiyyət

Qız qalasının qarşısında yerləşən körpü təmir işləri üçün bağlanıb.

Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Bildirilib ki, aparılan təmir işləri ilə əlaqədar olaraq körpü üzərində piyadaların hərəkəti məhdudlaşdırılacaq.

Məlumata görə, körpünün aşırımlarının bərpasının fevralın 10-na qədər yekunlaşdırılması nəzərdə tutulub.

İdarə müvəqqəti narahatlığa görə İçərişəhərin sakinlərindən və qonaqlardan üzr istəyib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir