Almaniyada 2022-ci ildə inflyasiya rekord həddə çatıb

Dünya

2022-ci ildə Almaniyada inflyasiya əhəmiyyətli dərəcədə artaraq rekord həddə – 7,9%-ə çatıb.

Bu barədə Almaniya Federal Statistika İdarəsi məlumat yayıb.

Bildirilir ki, Almaniyada 2022-ci ildə istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə orta hesabla 7,9% artıb.

Eyni zamanda, illik inflyasiyanın əvvəlki illərlə müqayisədə xeyli yüksək olduğu göstərilir. 2021-ci ildə bu rəqəm 3,1% təşkil edib.

Federal Statistika İdarəsinin rəhbəri Rut Brand bildirib ki, tarixi yüksək illik inflyasiya səviyyəsi əsasən Ukraynada müharibə başlayandan enerji və ərzaq qiymətlərinin həddindən artıq artması ilə bağlıdır.

Almaniyada inflyasiya 2022-ci il ərzində yüksək olub. Bununla belə, dekabrda Almaniyada inflyasiya bir qədər səngiyib və illik müqayisədə 8,6%-ə çatıb, noyabrda 10% olub, oktyabrda maksimum həddə çatıb – 10,4%.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir