Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verildi

Siyasət

Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların alınması, saxlanılması, satılması, əldə edilməsi, paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi və onlardan istifadə edilməsi qaydalarına dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Qərarda prekursorların illik tələbata uyğunluğu yoxlanıldıqdan sonra ölkəyə buraxılması mexanizmi tənzimlənir.

Bununla bağlı Qərarda prekursorların illik tələbatının təsdiq edilməsi, həmçinin illik tələbatın həcminin dəyişdirilməsi barədə qəbul edilmiş qərarın real vaxt rejimində İqtisadiyyat və Səhiyyə nazirlikləri tərəfindən prekursorların idxalına ixracına, tranzit nəql edilməsinə nəzarətin həyata keçirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinə göndərilməsi barədə müddəalar nəzərdə tutulub.

Həmçinin Qərarda prekursorlara olan illik tələbat barədə müraciətə prekursorların adı, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu, mənşəyi və istifadə məqsədinə dair məlumatların əlavə edilməsi ilə bağlı müddəalar əks olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir