Lənkəran sakini Qubada narkotiklə saxlanıldı – VİDEO

Kriminal

Quba Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib.

DİN-in  Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən Lənkəran rayon sakini Faiq Hüseynov saxlanılıb. Həmin şəxsin üzərinə  baxış keçirilən zaman narkotik vasitə olan heroin, metadon və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba  RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir