Rafael Fiziyev Tailanddakı evinin kirayəsini ödəməkdən imtina edib?

Dünya

Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Rafael Fiziyev Tailanddakı evinin kirayəsini ödəməkdən imtina etməkdə ittiham olunub.

“resmixeber.az” xəbər verir ki, bununla bağlı müraciət “Phuket Top Team” məşq komandasının sosial şəbəkədəki səhifəsində yerləşdirilib.

Müraciət, əsasən, Fiziyevin növbəti döyüşdə üz-üzə gələcəyi amerikalı Castin Getjiyə ünvanlanıb:

“Fiziyevin ev sahibinə kirayə borcu var. Yazdı ki, ödəyəcəyəm, amma ödəmədi. O bu faktı danmır, sadəcə olaraq, pulu vermək istəmir. Castin Qetji, zəhmət olmasa, onun kirayə pulunu topla”.

Qeyd edək ki, Rafael Fiziyev Qetji ilə martda Londonda qarışıq döyüş növləri üzrə “UFC 286” turnirində qarşılaşacaq.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir