Aftandil İsrafilovun səhhəti ilə bağlı son vəziyyət açıqlandı

Cəmiyyət

Qarmon ifaçısı Xalq artisti Aftandil İsrafilovun səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.

Bu barədə resmixeber.az-ya sənətçinin həyat yoldaşı Zemfira İsrafilova məlumat verib.

Onun sözlərinə görə, Xalq artistinin səhhəti yaxşılaşmağa doğru gedir.

“Müalicələr davam etdirilir. Hazırda xəstəxanadadır. Hələlik evə buraxılması barədə həkimlər bir söz demir. Amma əvvəlkinə baxanda yaxşıdır”, – o vurğulayıb.

Qeyd edək ki, Aftandil İsrafilov ötən ilin dekabrının 2-də xəstəxanaya yerləşdirilib. O, bundan öncə də kəskin plevrit səbəbi ilə xəstəxanaya yerləşdirilmiş, daha sonra yaxşılaşaraq evə buraxılmışdı.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir