2007-ci il təvəllüdlü Zakir Mayorov ağır yanıq xəsarətləri alıb.
Bu barədə resmixeber.az-a onun atası Zakir Əliyev məlumat verib.
O qeyd edib ki, hadisə ehtiyatsızlıq nəticəsində baş verib:
“Məktəbdən gələn oğlum qızdırıcı sobaya belini çevirərək isinməyə çalışıb. Bu an köynəyinə yayılan od onun belini yandırıb. Övladımın müalicəsi üçün 1000 manat pul lazımdır. Bizim isə maddi imkanımız aşağıdır. Səkkiz övladım var. Evdə sadəcə yoldaşım və böyük oğlum işləyir. Yoldaşım günə 15 manata qabyuyan işləyir. Mən qaraciyərimdə yaranan xəstəlik səbəbindən işləyə bilmirəm. İmkanı olan şəxslərdən övladımın sağala bilməsi üçün yardım istəyirəm”.
Ailə ilə əlaqə: 055 442 45 26
www.RESMIXEBER.az