Asiya ölkələri Ay təqvimi ilə Yeni ilə hazırlaşırlar – FOTO

Dünya

Asiya qitəsində yerləşən bir sıra ölkələrdə Ay təqviminə görə qeyd edilən Yeni ilin hazırlıqlarına başlanılıb.

Çin, Vyetnam kimi Asiya ölkələrində Qara Su Dovşanı ili 21-22 yanvar tarixlərində daxil olur.

Ay təqviminə görə qeyd edilən Yeni il Sinqapur, Malayziya, İndoneziya, Tailand və Yaponiyada da kütləvi şəkildə qeyd olunur.

Astroloqlar bildirirlər ki, Dovşan ili dəyişiklik ili hesab olunur.

Astroloqların fikrincə, dovşan mülayim və sakit heyvandır. Buna görə də il mənəvi harmoniya şəraitində keçəcək, mehriban və hətta romantik münasibətlərlə zəngin olacaq.  

Qeyd edək ki, Çində bayram günləri yanvarın 27-dək davam edəcək.

Mənbə: Sputnik

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir