Azərbaycan səfiri Latviya XİN-in parlament katibi ilə görüşdü

Siyasət

Azərbaycanın Riqadakı səfiri Elnur Sultanov Latviya Xarici İşlər Nazirliyinin parlament katibi Qunda Reyre ilə görüşüb.

Səfirlikdən verilən məlumata görə, söhbət zamanı ikitərəfli strateji tərəfdaşlığın perspektivləri müzakirə olunub.

“Biz Azərbaycan və Latviya arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə etdik və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi perspektivlərini müzakirə etdik”, – səfir bildirib.

Öz növbəsində, Latviya XİN nümayəndəsi ikitərəfli dialoqun uğurlu inkişafını yüksək qiymətləndirdiyini bildirib.

Görüş zamanı, həmçinin münaqişədən sonrakı dövrdə Cənubi Qafqaz regionunda vəziyyət də müzakirə olunub.

E.Sultanov Q.Reyneyə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri, Xankəndi-Laçın yolundakı vəziyyət və Azərbaycanın regionda sülhün bərqərar olması üçün göstərdiyi səylər barədə məlumat verib.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir