Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 26 ticarət müəssisəsi və 8 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 18 müəssisədə nöqsanlar müəyyən olunub.
Bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 13, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 7, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 10, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 10, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 2 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri |
|||
1 |
“Buta” aptek |
Xətai rayonu, Gəncə pr., ev 2930 |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
2 |
“Təbriz” mağazası |
Yasamal rayonu, C.Cabbarlı küç., ev 16, m. 29 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
3 |
“İran Nemətləri” mağazası |
Binəqədi rayonu, Ə.Rəcəbli küç., ev 11/33 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
4 |
“Özbəkistan Quru Meyvələr” mağazası |
Binəqədi rayonu, Ə.Rəcəbli küç., ev 80B |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
5 |
“Agro Alliance” quru meyvələr mağazası |
Binəqədi rayonu, Ə.Rəcəbli küç., ev 11/33 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
6 |
“Lüks” market |
İsmayıllı şəhəri, Koroğlu küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
7 |
“Fərit” market |
İsmayıllı şəhəri, Nizami küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
8 |
“Qala” market |
İsmayıllı şəhəri, M.Orucov küçəsi |
1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
9 |
“Sərfəli” market |
Bərdə rayonu, Güloğlular kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
10 |
Həsənov Vüsal Sərdar oğluna məxsus mağaza |
Bərdə rayonu, Güloğlular kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
11 |
“Cam” market |
Bərdə rayonu, Güloğlular kəndi |
Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
12 |
“Telman” market |
Bərdə rayonu, Güloğlular kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
İctimai iaşə müəssisələri |
|||
13 |
“Palma” restoranı |
Xətai rayonu, Gəncə pr., ev 443 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
14 |
“Bliss Pub Lounge” |
Xətai rayonu, Gəncə pr., m. 1 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
15 |
“The Lodge” kafesi |
Yasamal rayonu, Z.Xəlilov küç., ev 589-cu məhəllə |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
16 |
İbrahimov Şəhriyar Həsrət oğluna məxsus kafe |
Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
17 |
“Afra Pub” kafesi |
Oğuz şəhəri, 20 Yanvar küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
18 |
“Şəmkir” şadlıq sarayı |
Şəmkir şəhəri, 20 Yanvar küçəsi |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
www.RESMIXEBER.az