Bakının Binəqədi rayonunda, DSX yolu adlanan ərazidə yanğın hadisəsi qeydə alınıb.
resmixeber.az-ın məlumatına görə, yanğın fərdi yaşayış evində baş verib. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub.
Yanğının səbəbi və dəymiş ziyanın həcmi hələ ki bəlli deyil.
Fövqəladə Hallar Nazirliyindən resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, fərdi yaşayış evində baş vermiş yanğın FHN-in yanğından mühafizə qüvvələrinin çevik müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Sayad Həsənli
www.RESMIXEBER.az