100-ə yaxın Ukrayna hərbçisi ABŞ-də “Patriot”un işini öyrənəcək – FOTO

Dünya

Ukrayna hərbçiləri “Patriot” raketdən müdafiə sisteminin istifadəsi üzrə təlimlərdə iştirak etmək üçün ABŞ-nin Oklahoma ştatına gediblər.

Bu barədə “Amerikanın Səsi” nəşrinin jurnalisti Ostap Yarış məlumat verib.

Onun sözlərinə görə, Oklahoma ştatına 100-ə yaxın ukraynalı döyüşçü gəlib. Pentaqon onlar üçün sürətləndirilmiş təlim proqramı hazırlayıb.

Qeyd edək ki, ukraynalılar Oklahoma ştatındakı Fort Silldə məşq edəcəklər. Standart təlim müddətinin altı aydan bir ilə qədər olmasına baxmayaraq, təlim müddəti qısa olacaq.

Mənbə: RBC.ua

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir