Açıq ürək əməliyyatı keçirən aktyor Vahid Əliyev sabah evə buraxılacaq

Cəmiyyət

Əməkdar artist Vahid Əliyev sabah xəstəxanadan evə buraxılacaq.

Bunu resmixeber.az-ya açıqlamasında aktyorun həyat yoldaşı Tamilla Əliyeva deyib.

“Əməliyyatı uğurlu keçib, hazırda Mərkəzi Klinik Xəstəxanadadır, müalicəsi davam edir, səhhətində problem yoxdur. Sabah, inşallah, xəstəxanadan evə buraxılması gözlənilir”, – o vurğulayıb.

Qeyd edək ki, Vahid Əliyev ötən il dekabrın 24-də infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib və bir neçə gün öncə açıq ürək əməliyyatı keçirib.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir