Türkiyə Azərbaycana 10 ədəd GPS stansiyası verəcək

Cəmiyyət

Türkiyənin Azərbaycana 10 ədəd GPS stansiyası verməsi nəzərdə tutulur.

Bu barədə “resmixeber.az”a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) bildirilib.

Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Türkiyədə səfərdə olub.

Səfər çərçivəsində o, Kandilli Rəsədxanası, Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamenti, Regional Zəlzələ-Sunami Monitorinq Mərkəzi və Boğaziçi Universitetində bir sıra işgüzar görüşlər keçirib.

Keçirilən görüşlərdə iki ölkə arasında seysmoloji sahədə əməkdaşlığın genişləndirilməsi, AFAD-ın dəstəyi ilə Şuşada seysmik stansiyanın quraşdırılması, iki qardaş ölkə seysmoloqlarının beynəlxalq meqalayihələrdə birgə iştirakı, seysmik stansiya məlumatlarının qarşılıqlı mübadiləsi və s. kimi məsələlər müzakirə olunub.

Həmçinin Türkiyə tərəfindən gələcəkdə Azərbaycana 10 ədəd GPS stansiyasının verilməsinin də nəzərdə tutulduğu qeyd olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir