Məşhur “Qisasçı”nın ayağı kəsilə bilər – FOTO

Dünya

Məşhur “Qisasçılar” filminin ulduzu, amerikalı aktyor Ceremi Rennerin ayağı amputasiya oluna bilər.  

Yanvarın əvvəlində aktyorun üzərindən çəkisi 6,5 ton olan qartəmizləyən maşın keçib və o, bir neçə saat reanimasiya şöbəsində huşsuz vəziyyətdə qalıb.

Hazırda aktyorun vəziyyəti kritik, lakin stabil olaraq qiymətləndirilir.

Həkimlər Cereminin döş qəfəsindən aldığı zədənin öhdəsindən gələ biliblər, lakin ayağının vəziyyəti yaxşı deyil.

Həkimlərin sözlərinə görə, texnika aktyorun ayaq sümüyünü ciddi şəkildə əzdiyi üçün yenidən birləşməyə bilər. Bu səbəbdən də onun ayağı amputasiya edilə bilər.

Mənbə: Womanhit.ru

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir