Bilgəhdə “Kalaşnikov” gəzdirən şəxs tutulub – VİDEO

Cəmiyyət

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Azad Aslanov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, onun üzərindən və Maştağa qəsəbəsində yerləşən evindən üç kiloqrama yaxın heroin aşkar olunub. Azad Aslanov narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat zamanı idarə etdiyi avtomobildə qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs tutulub. Əməliyyat zamanı Rəşad Rəşidov Bilgəh qəsəbəsi ərazisində saxlanılıb və onun idarə etdiyi VAZ-21014 markalı avtomobilə baxış keçirilib. Nəqliyyat vasitəsinin yük yerindən həmin şəxsə məxsus bir ədəd “Kalaşnikov” markalı avtomat, sandıqça və üç ədəd patron aşkar olunub.

Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir