Bakıda nişanlı qız məktub yazıb özünü eyvandan atdı – FOTO

Cəmiyyət

Qaradağ rayonu, Lökbatan qəsəbəsi “Qobu Park-1” yaşayış massivində intihar hadisəsi qeydə alınıb.

resmixeber.az-ın məlumatına görə, Cəbrayıl rayon sakini olan Qabilli Samidə Habil qızı yaşadığı mənzilin eyvanından özünü ataraq intihar edib.

Əldə edilən məlumata görə, Samidə Qabillinin meyitinə baxış keçirilərkən üzərindən məktub aşkarlanıb.

Məktubda isə ölümündə heç kimin günahının olmadığı, atasının itkisinə dözməyərək intihar etdiyi öz əksini tapıb.

Həmçinin intihar edən şəxsin nişanlı olduğu, yaxın günlərdə toyu olacağı da bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Aytac Qasımlı

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir