Azərbaycanda meşələrə quduzluğa qarşı peyvənd səpiləcək – FOTO

Cəmiyyət

Sabahdan vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə işlərinə start verilir.

resmixeber.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) mütəxəssisləri Qida Təhlükəsizliyi Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə helikopter vasitəsilə Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının meşə zolağına aldadıcı yemlər səpəcəklər.

Ümumilikdə helikopter vasitəsilə meşələrə marşrut üzrə 600 kilometr məsafədə 18 min aldadıcı yemin səpilməsi nəzərdə tutulur. Mövcud normaya əsasən, meşə zolağında hər 1 kvadratmetrə 20-25 doza aldadıcı yemin səpilməsi nəzərdə tutulur. Bundan başqa, AXA-nın əməkdaşları qeyd olunan ərazilərdə yerləşən şəhər, qəsəbə və kəndlər ətrafında müəyyən olunmuş yerlərə əllə 62 min doza aldadıcı yemin səpilməsini təmin edəcəklər.

Ərazilərə atılmış, içərisində vaksin olan qidanı qəbul etdikdən sonra vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı bir il müddətinə immunitet yaranacaq. Bu cür tədbirlər xüsusi təhlükəli xəstəlik sayılan quduzluq xəstəliyinə qarşı epizootik sabitliyin qorunub-saxlanılmasını təmin edir.

Aldadıcı yemlər vasitəsilə oral üsulla quduzluğa qarşı peyvəndləmə üsulu ölkəmizdə davamlı tətbiq olunur. 2021-ci ilin mayında AXA-nın mütəxəssisləri tərəfindən azad olunmuş ərazilərdə analoji üsulla vəhşi heyvanlar arasında peyvəndləmə işi həyata keçirilib.

Qeyd edək ki, oral peyvəndləmə yüksək riskli ərazilərdə vəhşi heyvanlar arasında quduzluq xəstəliyinin yayılmasının qarşısının alınmasında mühüm rol oynayıb.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir