“Ümid” regional incəsənət müsabiqəsi keçirilib – FOTO

Mədəniyyət

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının (ARA) təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı teatrında “Ümid” regional incəsənət müsabiqəsi keçirilib.

“Müsabiqə incəsənət və rəqs növləri üzrə keçirilib. Ölkəmizin bölgələrindən yarışa qatılan iştirakçılar vardı. Bütün iştirakçıları təbrik edir, onlara müvəffəqiyyətlər arzulayıram. Bununla yanaşı, daim əziyyətlərini çəkən, onlara bu sahələri öyrədən, bu cür istedadlı, bacarıqlı uşaq və gənclər yetişdirdikləri üçün bədii rəhbərlərə təşəkkür edirəm. Ədalətli seçimlər etdikləri və dəvətimizi qəbul edib gəldikləri üçün münsiflər heyətinə təşəkkür edirəm”, – deyə ARA-nın prezidenti Əziz Əzizov bildirib.

Yarış müxtəlif yaş kateqoriyaları üzrə keçirilib.

Yarışda Qran-prini Səbail rayon 49 nömrəli intellekt məktəb-liseyin şagirdi Amin Həsənli qazanıb.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir