14 yaşlı Arifənin sizin yardımınıza ehtiyacı var.
Bu barədə resmixeber.az-a onun anası Minurə Fərzəliyeva məlumat verib.
O bildirib ki, Arifə bir böyrəklə dünyaya gəlib.
“Arifə dünyaya gələndə onun bir böyrəyi var idi, 9 yaşına qədər isə səhhəti ilə bağlı hər şey normal idi. Daha sonra onun böyrəyi fəaliyyətini, demək olar ki, dayandırdı. Nə qədər müalicə etsək də, xeyri olmadı. Son iki ildə isə dializə gedirik. Artıq onun da bir faydası yoxdur. Arifəyə böyrək köçürülməlidir. Donoru isə atasıdır. Artıq üç gündür ki, Arifənin qızdırması var. Buna görə heç dializ belə, qəbul edə bilmir. Həkimlər bu halda dializə girərsə, həyatını itirə biləcəyini deyirlər”.
Minurə Fərzəliyeva bildirib ki, Arifə artıq iki aydır ki, dərsə gedə bilmir.
“Arifə məktəbini, dərsləri çox sevir. Yaşıdları arasında riyaziyyat üzrə respublika çempionu olub. İndi sağlamlığı ilə bağlı dərsə gedə bilmir, geri qalır. Vəziyyəti isə günü-gündən ağırlaşır. Yanvarın 23-də böyrək köçürülməsinə görə Türkiyəyə getməliyik. Əməliyyatı üçün 25 000 manat lazım idi. 18 000 manat yığmışıq, yardım edənlərin sayəsində daha 3 500 manat da yığa bildik, amma 3 500 manatımız çatmır. İmkanlı şəxslərdən qızıma kömək etmələrini xahiş edirəm”.
Ailə ilə əlaqə: 055 272 45 38








www.RESMIXEBER.az