İtkin düşən məktəblilərin getdikləri istiqamətlər bilindi

Cəmiyyət

Şəkidə və Bakıda itkin düşən oğlanların getdikləri istiqamət müəyyən olunub. 

Bu barədə resmixeber.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Polis şöbəsinə müraciət edən Ramazan Hacıyevin valideyni oğlunun 14 yanvar saat 17 radələrində hazırlığa getmək adı ilə yaşadığı evdən çıxdığını və geri qayıtmadığını bildirib.

“Məlumat daxil olan kimi dərhal polis əməkdaşları tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb və keçirilən tədbirlər nəticəsində ilkin olaraq onun hansı istiqamətdə getdiyi müəyyən olunub”, – DİN-dən bildirilib.

Eyni zamanda, yanvarın 13-ü axşam saatlarında evdən gedən Bakı şəhər sakini, 2009-cu il təvəllüdlü Nihat Rəhmətulinin də Gəncəyə getdiyi müəyyənləşib.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir