Keçmiş arvadını boğaraq öldürən şəxs cəzasının yüngülləşdirilməsini istəyir

Cəmiyyət

Tərtərdə keçmiş arvadını boğaraq öldürməkdə təqsirləndirilən Səlim Əsədovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.

Şikayət hakim Nazim Mövsümovun icraatına verilib.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, S.Əsədov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Əsədov 2020-ci il sentyabrın 6-da Tərtər rayonunun Şıxarx qəsəbəsində keçmiş həyat yoldaşı Röyalə Tağıyevanı boğaraq qətlə yetirib.

Məhkəmənin araşdırması zamanı məlum olub ki, S.Əsədov R.Tağıyeva ilə boşanmalarına baxmayaraq, onunla dəfələrlə səbəbsiz şəkildə mübahisə edib və ailə həyatına müdaxilə edib. 2020-ci il sentyabrın 6-da gecə saatlarında əvvəlcədən planlayaraq əldə etdiyi ehtiyat açarla Röyalənin yaşadığı evə girərək ona şiddət göstərib. Röyalə yuxudan ayılaraq keçmiş həyat yoldaşına müqavimət göstərmək istəsə də, Səlim onun ağzından və boğazından tutub kürəyi üstə yatdığı yerə uzadıb. Daha sonra başının altında olan yastığı ağzının üzərinə, dizini isə bədəni üzərinə sıxmaqla Röyaləyə ağır zərbələr endirib və qəsdən boğaraq öldürüb.

S.Əsədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyətilə qəsdən adamöldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Röyalənin kiminləsə qeyri-rəsmi münasibət saxlaması ilə bağlı şübhələr oyanıb.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir