Abşeronda binanın transformatoru yandı, sakinlər təxliyyə edildilər – FOTO

Cəmiyyət

Xırdalan şəhərində çoxmərtəbəli binanın zirzəmisində transformator yanıb.

resmixeber.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektindəki yeni tikilidə baş verib.

Yaşayış kompleksini elektrik enerjisi ilə təmin edən transformartor əvvəlcə tüstüləyib.

Daha sonra cərayan mənbəyi alovlanmağa başlayıb.

Alovun ətrafa keçməsinin qarşısını alınmaq üçün dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

Binaya elektrik enerjisinin verilişi dayandırılıb.

Təhlükəsizlik məqsədilə sakinlər təxliyyə edilib.

Hazırda elektrik enerjisinin verilişinin bərpa edilməsi istiqamətində işlər aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir