Mehdiabadda ağır qəza: Bir nəfər öldü

Cəmiyyət

Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər həlak olub.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

“Abşeron rayonunun Mehdiabad qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” və “Toyota” markalı iki minik avtomobili toqquşub, iki nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində bir nəfər sağ, digər bir nəfərin meyiti zədələnmiş nəqliyyat vasitələrindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”, – FHN-in məlumatında qeyd olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir