Rusiyanın Belqorod vilayətindəki hərbi hissənin ərazisində qumbara partladılıb.
Qumbara adı açıqlanmayan tağım komandiri, baş çavuş tərəfindən partladılıb. İnsident nəticəsində silah anbarında olan sursatlar da partlayıb və sahəsi 450 kvadratmetr olan yanğın əmələ gəlib.
Partlayış nəticəsində, ilkin məlumatlara görə, 3 hərbçi həlak olub, 16 nəfər yaralanıb, daha 8 nəfər itkin düşüb.
Faktla bağlı cinayət işi başlanıb.
Mənbə: 112 “Telegram” kanalı
www.RESMIXEBER.az