İsveçli professor NATO məsələsinə görə türk tələbənin təcrübə ərizəsini rədd etdi

Dünya

İstanbulun İbn Haldun Universitetinin Psixologiya fakültəsinin 3-cü kurs tələbəsi Fatma Zəhra Erasmus+ qrant proqramı çərçivəsində 2023-cü ilin yayında Avropa Birliyinin ali məktəblərindən birində təcrübə keçmək hüququ qazanıb.

23 noyabr 2022-ci ildə tələbə müvafiq ünvana elektron məktub göndərərək Stokholm Universitetində professor Per Karlbrinqin rəhbərlik etdiyi tədqiqat layihəsində iştirak etmək istədiyini bildirib.

Karlbrinq isə təcrübə ərizəsinə “Hörmətli Fatma, sizi qonaq etmək istərdim, lakin Türkiyə İsveçin NATO-ya üzv olmasına mane olduğu üçün müraciətinizi rədd etməliyəm. Üzr istəyirəm”, – şəklində cavab verib.

Lakin mənfi təcrübəyə baxmayaraq, Fatmanın ərizəsi eyni universitetin psixologiya kafedrasında başqa professor tərəfindən qəbul edilib və bu yay tələbə öz təcrübəsini İsveçdə davam etdirməyi planlaşdırır.

Professor Karlbrinq isə ona ünvanlanan sualları cavabsız qoyub.

Mənbə: TRT

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir