İsrailin Baş Qərargah rəisi: “İran artıq dörd nüvə bombası istehsal edə bilər”

Dünya

İran hazırda dörd nüvə bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş urana malikdir.

Bunu İsrail Baş Qərargahının rəhbəri Aviv Koçavi bəyan edib.

“Bu gün İran dörd nüvə bombası istehsal etmək üçün kifayət qədər zənginləşdirilmiş materiala malikdir. Bombalardan üçü 20 faiz zənginləşdirilmiş uranla, biri isə 60 faiz zənginləşdirilmiş materialla hazırlana bilər”, – o bildirib.

Koçavi deyib ki, son bir ildə İsrail ordusu nüvə obyektlərini məhv etmək üçün cavab zərbəsi kimi İrana hücum üçün üç ssenari hazırlayıb:

“Əgər söhbət böyük döyüşdə iştirakdan gedirsə, hədəflər siyahısına hərbi və əlavə obyektlər daxil olacaq. Son illərdə biz İranın nüvə obyektlərinə və bir çox başqa hədəflərə hücum üçün hazırlıqları sürətləndirmişik”.

Koçavi vurğulayıb ki, İsrail ordusu İrandakı hədəflərlə bağlı kəşfiyyatını təkmilləşdirib və onların hamısı üçün kifayət qədər sursat hazırlayıb.

Qeyd edək ki, yanvarın 16-da Koçavinin səlahiyyət müddəti başa çatdığından onu general-mayor Herzi Halevi əvəz edəcək.

Mənbə: eadaily.com

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir