Gürcüstanda güclü külək mindən çox evin damını uçurub

Dünya

Gürcüstanın qərbində yerləşən Sameqrelo-Zemo Svaneti bölgəsində bir neçə gündür davam edən güclü külək mindən çox evin damını, eləcə də elektrik xətlərini zədələyib, 50 inzibati bina isə işıqsız qalıb.

Bu barədə şənbə günü vilayət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

“Güclü külək 1100-ə qədər yaşayış binasının, 38 çoxmənzilli binanın dam örtüyünə ziyan vurub. Külək nəticəsində 37 məktəbdə müxtəlif növ problemlər yaranıb, 6 uşaq bağçasına da ziyan dəyib. 50 inzibati obyekt hələ də elektrik enerjisi ilə təmin olunmayıb”, – mətbuat xidməti vilayət qubernatoru Georgiy Ququçiaya istinadən məlumat yayıb.

Bildirilir ki, bələdiyyə xidmətləri gecə-gündüz fəlakətin nəticələri ilə mübarizə aparır, kəndlərə elektrik enerjisinin verilməsini tədricən bərpa edir. Zərərin qiymətləndirilməsi komissiyası yaradılıb.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir