Gəncə şəhərində beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“resmixeber.az”un məlumatına görə, şəhər ərazisində iki VAZ markalı avtomobil toqquşub.
Qəza nəticəsində 1996-cı il təvəllüdlü Ruslan Məmmədov, 1996-cı il təvəllüdlü Kamran Qasımov, 1998-ci il təvəllüdlü Turac İmaməliyev, 1998-ci il təvəllüdlü Ruslan Həsənzadə və 1999-cu il təvəllüdlü İlqar Pənahov xəsarət alıblar.
Onlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
www.RESMIXEBER.az