Kiçik mühərrikli avtomobillər sığorta olunmur? – VİDEO

Cəmiyyət

Son dövrlərdə ölkəmizdə mühərrikinin həcmi kiçik olan minik avtomobillərinin sahiblərinin icbari sığorta şəhadətnaməsi əldə etməsində ciddi problemlər müşahidə olunur.

Demək olar ki, bütün sığorta şirkətləri və sığorta agentlikləri belə avtomobillərin sahiblərinə sığorta şəhadətnaməsi verməkdən imtina edirlər. Səbəb isə bu avtomobillərin taksi kimi istifadə edilməsi və bu səbəbdən də daha çox qəza riskilə üzləşməsidir.

Baku TV-nin əməkdaşı məsələnin təfərrüatını öyrənmək üçün bir neçə sığorta şirkəti ilə əlaqə saxlayıb.

O, müştəri qismində şirkətlərə müraciət edərək kiçik mühərrikli avtomobil sığorta etmək istədiyini bildirib. Şirkətlərdən verilən cavabda isə sistemdə problem olduğunu qeyd ediblər.

Sığorta eksperti Əli Bayramov mövzu ilə bağlı Baku TV-yə açıqlamasında deyib ki, sığorta şirkətləri mühərrikinin həcmi 2,5-ə qədər olan avtomobillərə sığorta şəhadətnaməsi verməkdən imtina edirlər: “Əslində qanunvericiliyin tələbinə baxsaq, sığorta şirkətləri əsla imtina edə bilməzlər”.

Daha ətraflı süjetdə:

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir