Britaniyalı analitik: “Ekofəallar Ermənistanın öhdəliklərini yerinə yetirmək istəməməsindən təngə gəliblər”

Siyasət

“Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasında iştirak edən ekofəallar Ermənistanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ildə imzaladıqları Üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirmək istəməməsindən təngə gəliblər”.

Bunu “resmixeber.az”un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında britaniyalı analitik Taras Kuzio bildirib.

“Burada Ermənistanın 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları, sülh müqaviləsinin zəruriliyindən bəhs edən Üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirmək istəməməsindən təngə gəlmiş insanları görürəm”, – o qeyd edib.

T.Kuzio əlavə edib ki, əksər hallarda sosial şəbəkələrdə yayılan məlumatlar real vəziyyəti əks etdirmir:

“Bir çoxları “blokada”dan danışır, amma burada olan zaman tamam başqa mənzərə ilə qarşılaşırıq. Biz burada ekoloji fəalları görürük”.

Britaniyalı ekspertin sözlərinə görə, ekofəallar bütün dondurulmuş münaqişələrlə bağlı problemləri çatdırmağa çalışırlar:

“Dondurulmuş münaqişə mütəşəkkil cinayətkarlıq və korrupsiya üçün “qara dəlik”dir. Bu problemi həll etməyin yeganə yolu sülh müqaviləsinin imzalanmasıdır”.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir