Rusiya raketlə Kiyevi vurur

Dünya

Səhər saatlarından Ukraynanın paytaxtı Kiyevdə güclü partlayış səsləri eşidilir.

Ukrayna paytaxtının sakinlərini və qonaqlarını qorxudan güclü partlayış səslərindən dərhal sonra hava hücumu xəbərdarlığı elan edilib.

Bir sıra partlayışların baş verdiyi bildirilir. Təfərrüat hazırda məlum deyil.

Öz növbəsində Kiyev şəhər hərbi administrasiyası Rusiyanın şəhərə raketlərlə hücum etdiyini bildirib. Hədəf kimi infrastruktur obyektlərinin seçildiyi qeyd edilir.

Kiyev meri Vitali Kliçko xəbərdarlıq edib:

“Dnepr rayonunda partlayışlar baş verir. Bütün xidmətlər həmin yerə göndərilib. Sığınacaqlarda qalın!”

Mənbə: UNİAN

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir