İmişli sakinindən üç kiloqramdan artıq narkotik götürülüb – FOTO

Cəmiyyət

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Əliqulular kənd sakini, əvvəllər məhkum olunmuş Seymur Ağayevi saxlayıblar. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı oradan 2 kiloqram 74 qrama yaxın heroin və 1 kiloqram 160 qram marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir