“28 May” stansiyasının qarşısında dava olub, xəsarət alan var

Cəmiyyət

Bakının Nəsimi rayonunda, metronun “28 May” stansiyasının qarşısında dava zamanı bir nəfərin qolu sınıb.

“resmixeber.az”un məlumatına görə, 1979-cu il təvəllüdlü Səmədov Ramil Nəsib oğluna dava zamanı dəmir küt alətlə ağır xəsarət yetirilib.

Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qolun yerdəyişən sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir