Özbəkistandan Rusiya və Qazaxıstana avtobusların gediş-gəlişi dayandırıldı

Dünya

Özbəkistan Rusiya və Qazaxıstanla beynəlxalq marşrutlar üzrə müntəzəm avtobus səfərlərini dayandırıb.

Bu qərarın qarlı və şaxtalı hava şəraiti səbəbilə verildiyi bildirilir.

Bu barədə Respublika Nəqliyyat Nazirliyi məlumat yayıb.

“Bu günlərdə qonşu Qazaxıstan Respublikası və Rusiya Federasiyasında müşahidə olunan şiddətli şaxtalar səbəbindən avtomobil yollarında donma və buzlanma əmələ gəlir. Nəticədə  nəqliyyat vasitələrində texniki nasazlıqlar yaranır və sərnişinlər çətin vəziyyətlərə düşür”, – deyə Özbəkistan Nəqliyyat Nazirliyinin “Telegram” kanalında qeyd edilir.

“Əlverişsiz hava şəraiti ilə əlaqədar sərnişindaşımaların təhlükəsizliyini təmin etmək məqsədilə bu il yanvarın 13-dən Özbəkistan Respublikasından müntəzəm beynəlxalq avtobus daşımaları müvəqqəti olaraq dayandırılıb”, – deyə nazirlikdən bildirilib.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir