Cəlilabad şəhər 7 saylı orta məktəbində istiliyin verilməməsi ilə bağlı məlumata aydınlıq gətirilib.
Lənkəran-Astara Regional Təhsil İdarəsindən resmixeber.az-nın sorğusuna cavab olaraq bildirilib ki, məktəbin qazanxanasının sobasında yaranan nasazlıqla bağlı məktəbin qızdırılmasında fasilələr yaranıb.
“Nasazlığı aradan qaldırmaq üçün təsərrüfat istismar qrupunun əməkdaşlarına müvafiq tapşırıqlar verilib” – deyə məlumatda qeyd olunub.
www.RESMIXEBER.az