Xaçmazda ağac avtomobilin üstünə aşıb, sürücü xəsarət alıb

Cəmiyyət

Xaçmaz rayonunda ağacın avtomobilin üzərinə düşməsi nəticəsində sürücü xəsarət alıb.

“resmixeber.az”un Şimal bürosu xəbər verir ki, hadisə rayonun Ağtala kəndində baş verib.

Belə ki, Nərəcan-Uzunoba avtomobil yolunda hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin üzərinə ağac aşıb.

Hadisə zamanı sürücü 1992-ci il təvəllüdlü Allahverdiyev Vüsal Cəlaləddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir