Oğuzda iki maşın toqquşub, 5 nəfər xəsarət alıb – FOTO

Cəmiyyət

Oğuzda iki minik avtomobili toqquşub.

resmixeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonunun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, “Opel Astra” və “Volkswagen Passat” markalı minik avtomobillərinin toqquşması nəticəsində beş nəfər xəsarət alıb. Xəsarət alanlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir