Fransa parlamentinin sədri: “Paris Qarabağın müstəqilliyini tanımır”

Siyasət

Paris beynəlxalq hüquqa uyğun olaraq Qarabağın müstəqilliyini tanımır.

Bunu Fransa parlamentinin sədri Yael Braun-Pive Ermənistan parlamentinin sədri Alen Simonyanla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sentyabr hadisələri Fransada ciddi rezonans doğurdu və parlament buna Azərbaycanın əleyhinə qətnamə qəbul edərək reaksiya verdi.

“Bu sənədin məqsədi Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasıdır”, – deyə Fransa parlamentinin sədri bildirib.

O xatırladıb ki, parlament Ermənistana yardımı gücləndirmək, İrəvanla Bakı arasında dialoqu dəstəkləmək çağırışı ilə Fransa hökumətinə də müraciət edib.

Fransa parlament sədri münaqişənin sülh yolu ilə və uzunmüddətli həllinə nail olmaq üçün tərəflər arasında dialoqun bərpasının zəruriliyini vurğulayıb.

Mənbə: Sputnik Ermənistan

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir